Qriqorçuk: "İlk yarını xoş əhval-ruhiyyədə bitirdik"

18:31 15 Dekabr 2017

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qəbələ” səfərdə “Səbail”i 4:2 hesabıyla məğlub edib. Evdə keçirdiyi ilk matçda 1:0 hesabıyla qalib gələn “qırmızı-qaralar” yarımfinala vəsiqə qazanıb.

 

Sportarena.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk qarşılaşma ilə bağlı fikirlərini bildirib:

 

"Qələbə bizi növbəti mərhələyə çıxardı. İlk yarını pozitiv, xoş əhval-ruhiyyədə bitirdik. Tətilə xoş hisslərlə gedirik. Futbolçularımı təbrik etdim".


Xəbər xətti