"Pole çudes"in aparıcısına "Qarabağ" forması hədiyyə edildi - VİDEO
11:32 16 Dekabr 2017
"Azərçay"ın sponsor olduğu Rusiyanın birinci kanalında yayımlanan "Pole çudes" verilişinin bugünkü buraxılışı Azərbaycana həsr olunub.
Sportarena.az xəbər verir ki, qonaqlar sırasında tanınmış şoumen və aparıcı Murad Dadaşov da olub. O, aparıcı Leonid Yakuboviçə "Qarabağ"ın futbolçuları imzalamış forma və Çempionlar Liqasının qrup mərhələsində oynadılan topu hədiyyə edib.
Qeyd edək ki, Yakuvoviç 18 oktyabrda keçirilən "Qarabağ" - "Atletiko" oyununu Bakıda canlı izləyib.