Ayaz Quliyev Azərbaycan millisini seçir? - "Qurbanov görüşmək istəsə, imtina edə bilmərəm"

11:49 16 Dekabr 2017

"Spartak"ın yarımmüdafiəçisi Ayaz Quliyev Azərbaycan milli komandasında oynama perspektivi haqda danışıb.

 

Sportarena.az xəbər verir ki, Rusiyanın U-21 yığmasının üzvü milli seçimi etmədiyini, ancaq Azərbaycan yığmasının yeni baş məşqçisi Qurban Qurbanov tərəfindən bu barədə görüşmək təklifi olacağı təqdirdə, rədd etməyəcəyini bildirib:

 

"Fikrimcə Qurban Qurbanov Azərbaycan milli komandasının baş məşqçisi olmağa layiqdir. O, bu postda bir qədər də inkişaf edəcək. Mənim Prosineçkiyə də münasibətim pis deyildi. Sadəcə olaraq, milli seçimiylə bağlı hələlik qəti qərar qəbul etməmişəm. Sözsüz ki, Qurbanov görüşmək istəsə, imtina edə bilmərəm. Əlbəttə ki, görüşərəm".


Digər xəbərlər

Xəbər xətti