Xames Rodriqes: "Real"a qayıtmağı düşünmürəm"

12:11 16 Dekabr 2017

"Bavariya"da icarə əsasında çıxış edən Xames Rodriqes müqavilə ilə məxsus olduğu "Real"a qayıtmağı düşünmür.

 

Sportarena.az xəbər verir ki, bu barədə o, Almaniya mətbuatına açıqlamasında bildirib:

 

"Hazırda "Real"a qayıtmağı düşünmürəm. Son iki ildə bu qədər oynamamışdım. Uzun müddətdən sonra mütəmadi olaraq mənə şans verildiyi üçün xoşbəxtəm. Hazırda yarımmüdafiənin sağında oynayıram. Amma fərqli mövqelərdə çıxış etməkdəndə də məmnunam".

 

Qeyd edək ki, Rodriqes bu mövsüm keçirdiyi 21 matçın 15-də start heyətində meydana daxil oub. Münhen klubu mövsümün əvvəlində onu 2 illik icarəyə götürüb.


Digər xəbərlər

Xəbər xətti