"Sumqayıt" "Qarabağ" üzərində qələbəni belə qeyd etdi - FOTOLAR

14:06 16 Dekabr 2017

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Qarabağ"a 2:0 hesabı ilə qalib gəlməklə 1/2 finala vəsiqə qazanan "Sumqayıt"ın qələbəsi böyük səs-küy doğurdu.

 

Sportarena.az xəbər verir ki, ilk görüşdə səfərdə 1:2 hesabı ilə məğlub olmalarına rəğmən, ruhdan düşməyən "kimyaçılar"ın bu qələbəsi ölkə futbolunda sensasiya hesab edilir. "Qarabağ" uzun müddətdən sonra ilk dəfə ölkə kubokunda mübarizəni belə erkən dayandırdı.

 

Görüşdən sonra "Sumqayıt" bu qələbəni coşqu ilə qeyd etdi. Azarkeşlərlə qələbə sevinci bölüşən futbolçular soyunub-geyinmə otağında da çılğın şəkildə bu qələbəni bayram etdilər.

 

Qeyd edək ki, bu "Sumqayıt"ın tarxinin ən yaxşı göstəricisidir. Gəncllik şəhərinin təmsilçisi bu vaxta kimi nə ölkə kubokunda, nə də Premyer Liqada ilk 4-lüyə düşə bilməmişdi.


Digər xəbərlər

Xəbər xətti