“Qəbələ”nin hazırlıq planı açıqlandı

Sportarena.az      16 Dekabr 2018, 14:43

“Qəbələ”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

 

Sportarena.az xəbər veriri ki, “qırmızı-qaralar” mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşacaq. Komandanın qonşu ölkədəki hazırlığı iki hissədən ibarət olacaq. İlk mərhələ 2018-ci il yanvarın 5-dən 17-dək davam edəcək. “Qəbələ” bu müddətdə üç yoxlama oyunu keçirəcək. Roman Qriqorçukun yetirmələri yanvarın 10-da Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə, 17-də isə İsveçrə təmsilçisi “Sürix”lə qarşılaşacaq. Daha bir matç ayın 14-də baş tutacaq ki, həmin rəqibin adı dəqiqləşməyib.

 

Toplanışın ilk hissəsini başa vurduqdan sonra üç günlük istirahətə buraxalacaq komanda yanvarın 21-də yenidən bir araya gələcək. “Qırmızı-qaralar”ın hazırlıq prosesi fevralın 3-dək davam edəcək. Bu müddətdə “Qəbələ” daha 4 yoxlama görüşünə çıxacaq. Yanvarın 24-də Makedoniyanın “Rabotniçki”, 27-də Rusiyanın “Arsenal” (Tula), 31-də Çexiyanın “Bohemians” klubu ilə görüşəcək komanda fevralın 3-də Makedoniya “Şkendiya”sı ilə qarşılaşmada qüvvəsini sınayacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin