Adil Şükürov “Traktorsazi"nin rəhbərliyi ilə görüşdü

15:31 16 Dekabr 2017

“Zirə”nin futbol akademiyasının koordinatoru Adil Şükürov Türkiyədə olub. 

 

Sportarena.az kluba istinadən xəbər verir ki, o, burda bir sıra görüşlər keçirib. Şükürov qardaş ölkədə Təbrizin “Traktosazi” klubunun rəhbərliyi ilə də görüşüb:

 

“Türkiyədə “Traktorsazi”nin rəhbərliyi ilə görüşdüm. Gələcək planlardan, klublarda gedən işlərdən, gəncləşdirmə siyasətindən danışdıq. Sonda klubun vitse-prezidenti Səid Acullu bizi İrana dəvət etdi ki, gələcəkdə əlaqələrimizi daha da möhkəmləndirək. Onlar biləndə ki, mən futbolçu kimi “Traktorsazi”də oynamışam, daha da çox yaxınlıq etməyə başladılar”.

 

Bundan başqa, Adil bəy qardaş ölkədə Türkiyə U-19 millisinin baş məşqçisi Vedat İnceefe və Türkiyə aşağı yaş qrupları üzrə milli komandaların koordinatoru Tolunay Kafkasla görüşüb.


Digər xəbərlər

Xəbər xətti