"Neftçi"nin büdcəsi artırıldı - ÖZƏL

16:21 16 Dekabr 2017

Mövsümə uğursuz başlamasına rəğmən, Tərlan Əhmədovun baş məşqçi postunda Elxan Abdullayevi əvəzlənməsindən sonra toparlanan "Neftçi" qış fasiləsinə ciddi hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, komandanın hazırlıq prosesi ilə bağlı məsələlərini tamamlayan klub rəhbərliyi bütün diqqətini transfer məsələlərinə yönəlib.Tərlan Əhmədov da istirahətə ayrılmaq fikrində deyil. O, transfer məsələləri bitənədə qədər klub rəhbərliyi ilə müntəzəm əlaqədə olacaq. Qarşıya qoyulan məqsəd isə komandanın təlim-məşq toplanışına qədər lazım olan transferləri tamamlamaqdır.

 

Bir neçə gün öncə Klublar Komitəsinin iclasından sonra jurnalistlərə açıqlama verən klub prezidenti heyətdən 5 futbolçunun göndəriləcəyini, onların əvəzinə 3 oyunçu transfer ediləcəyini söyləmişdi. Bunun səbəbi klubun büdcəsinin az olması idi.

 

Əldə etdiyimiz məlumata görə, artıq bu məsələ də öz həllini tapıb. Belə ki, bir neçə gün öncə "Neftçi"nin rəhbərliyi klubun təsisçisinə büdcənin müəyyən qədər artırılması ilə bağlı müraciət edib. Komandanın son zamanlar uğurlu çıxış etməsi və ölkə kubokunda 1/2 finala yüksəlməsi bu təklifin müsbət dəyərləndirilməsi ilə nəticələnib. Qış transfer dövründə "Neftçi" 3 deyil, 5 futbolçu transfer edə biləcək. Onlardan 2-nin yüksək ödənişli olmasına icazə verilib. Eyni zamanda, klubu ilə müqaviləsi olan futbolçulara görə də, böyük məbləğ olmamaq şərti ilə təzminat ödənilməsinə icazə verilib.


Digər xəbərlər

Xəbər xətti