Hallidey "Qəbələ"dən ayrılır - İDDİA

18:19 16 Dekabr 2017

“Qəbələ”nin Şotlandiyanın “Reyncers” klubundan icarəyə götürdüyü Endi Hallidey qış fasiləsində komandadan ayrıla bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Qlazqo təmsilçisi yarımmüdafiənin mərkəzindəki boşluğu məhz 26 yaşlı futbolçu ilə doldurmaq istəyir.

Burada azarkeşlərin kluba təzyiqi də önəmli rol oynayır. Fanatlar “Qəbələ”də ehtiyatda qalan Hallideyə ən yaxşı variant kimi baxırlar. Hətta onun mümkün qayıdışını özləri üçün Yeni il hədiyyəsi kimi qəbul edirlər.

Qeyd edək ki, yayda “Qəbələ” ilə 1 illik icarə müqaviləsi bağlayan futbolçu cəmi 7 oyunda meydana çıxıb.


Digər xəbərlər

Xəbər xətti