Pirloya Perudan maraqlı təklif

20:23 16 Dekabr 2017

İtaliya yığmasının sabiq üzvü Andrea Pirlo futbolçu karyerasını 1 oyunluq bərpa edə bilər. 

 

Sportarena.az xəbər verir ki, o, yeni təklif alıb. Pirlonun xidmətində “Universitario” klubu maraqlıdır. Peru təmsilçisi əfsanəvi futbolçu ilə 1 oyunluq müqavilə bağlamaq istəyir. Bunun yeni formanın təqdimatı üçün vacib olduğu bildirilir. Pirlo ilə razılıq hələ ki, əldə olunmayıb.

 

Son klubu “Nyu York Siti” olan Andrea Pirlo daha çox "İnter", “Milan” və “Yuventus”kimi klublarda çıxış edib.Onun bu il futbolçu karyerasını bitirəcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti