Argentina millisinin sabiq üzvü həyat yoldaşını öldürmək istəyib

10:31 17 Dekabr 2017

Argentina yığmasının sabiq futbolçusu Luço Qonsales həyat yoldaşını öldürməyə cəhddə ittiham olunur.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı futbolçunun həyat yoldaşı Andrea Markes verib. O, bildirib ki, Qonsales onu övladlarının gözü qarşısında öldürmək istəyib: Polis məsələ ilə bağlı araşdırmalara başlayıb. Qadın tibbi müayinədən keçib. Məhkəmə Qonsalesə həyat yoldaşına 500 metrdən az yaxınlaşmağı qadağan edib.

 

Qonsales karyerasını Braziliyanın “Atletiko Paranaense” klubunda davam etdirirdi. Bu hadisədən sonra klub onunla müqaviləni pozub.

 

Qeyd edək ki, Qonsales Avropada “Marsel” və “Portu”da çıxış edib. O, Argentina yığmasında 45 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti