Nəsirov ehtiyatda qaldı, komandası qalib gəldi

01:43 17 Dekabr 2017

Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 17-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Varzim” lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0. Nəsirov bu matçın iştirakçısı olmayıb. O, oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, "Sportinq" hazırda 24 xalla 20 klub arasında 10-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti