MOİK 3 futbolçunu transferə çıxardı

13:21 17 Dekabr 2017

Azərbaycan I Divizionunda çıxış edən MOİK qış fasiləsinə 3-cü pillədə yollandı.

 

Sportarena.az xəbər verir ki, qış fasiləsində MOİK-də dəyişikliklər olacaq. "Hərbçilər"in rəhbərliyi ilk dövrədə çıxışından razı qalmadığı, ümidləri doğrultmayan, amma klubla müqaviləsi olan futbolçuları transferə çıxarmaq qərarına gəlib. Söhbət 3 futbolçudan gedir. Bunlar Bilal Abbaszadə, Qərib İbrahimov və Tofiq Mikayılovdu.

 


Digər xəbərlər

Xəbər xətti