"Qarabağ"ın futbolçusu evləndi - FOTO

14:25 17 Dekabr 2017

Dünən “Qarabağ”ın futbolçusu Coşqun Diniyev üçün əlamətdar gün olub.

 

Sportarena.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ailə həyatı qurub. Bakıdakı şadlıq evlərindən birində baş tutan toyda futbolçunun komanda yoldaşları, klubun rəsmiləri də iştirak edib.

 

Xatırladaq ki, Coşqun millimizin sabiq baş məşqçisi, bir müddət öncə “Kəpəz”lə yollarını ayıran mütəxəssis Şahin Diniyevin oğludu.

 

Qeyd edək ki, Coşqun Diniyev 2015-ci ildən “Qarabağ”ın uğurları üçün çalışır.

 


Digər xəbərlər

Xəbər xətti