"Mançester Siti" onu izləyir

16:52 17 Dekabr 2017

Bu mövsüm rəqiblərindən bir baş üstün təsir bağışlayan "Mançester Siti" qışda baş məşqçi Pep Qvardiolanın istəyi ilə müdafiə xəttini möhkəmləndəcək.

 

Sportarena.az xəbər verir ki, ilk növbədə, ağır diz zədəsinə görə meydana çıxa bilməyən Benjamen Mendinin mövqeyinə alternativ axtarılır. Bu səbəbdən "şəhərlilər"in skautları dünən "Auqsburq"un müdafiəçisi Filipp Makı izləyib.

 

Son vaxtlar 24 yaşlı futbolçu ilə "Çelsi", "Mançester Yunayted", "Tottenhem" və "Everton" da maraqlanır. 


Digər xəbərlər

Xəbər xətti