"Barselona"nın prezidenti Qrizmannın ailəsi ilə görüşdü - Transferə görə

17:40 17 Dekabr 2017

"Barselona" Antuan Qrizmannı transfer etmək üçün fəaliyyətini davam etdirir.

 

Sportarena.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, katalon klubunun prezidenti Xosep Bartomeu futbolçunun ailəsi ilə şəxsən görüşüb. Görüş Barselona şəhərində yerləşən restoranların birində baş tutub. Bartomeu onun valideynləri və hazırda agenti kimi çalışan bacısı ilə söhbətləşib.

 

İdman mediası fransalı hücumçunun "Barcelona" ilə ilkin razılığa gəldiyini yazır. Transferin 100 milyon avroya reallaşması gözlənilir.


Digər xəbərlər

Xəbər xətti