"Beşiktaş" "Qarabağ" rəsmi təklif göndərdi - Mahir Mədətova görə

10:16 18 Dekabr 2017

“Qarabağ”ın hücumçusu Mahir Mədətov karyerasını Türkiyə Super Liqasının son çempionu "Beşiktaş"da davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı "Futbol+" qəzeti yayıb. Xəbərdə İstanbul təmsilçisinin Mədətov üçün "Qarabağ"a rəsmi təklif də göndərdiyi qeyd edilib. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov da bu keçidə qarşı deyil. Sadəcə, qarşı tərəf bunun üçün klub rəhbərliyini də razı salmalıdı.

 

"Beşiktaş"ın baş məşqçidi Şenol Günəşin bir müddət öncə Bakıya gələrək, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutmuş "Qarabağ" - "Çelsi" matçını izləməsi təsadüfi deyilmiş. Belə ki, təcrübəli mütəxəssis məhz Mədətovu izləmək üçün Bakıya təşrif buyurub. 


Digər xəbərlər

Xəbər xətti