"Beşiktaş" Mxitaryanı transfer etmək istəyir?

12:14 18 Dekabr 2017

“Mançester Yunayted”in yarımmüdafiəçisi Henrik Mxitaryanla yollarını ayırmağı planlaşdırdığı barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, Ermənistan millisinin üzvünün xidmətində Türkiyə çempionu “Beşiktaş” maraqlıdı. Bu barədə məlumatı qardaş ölkə mətbuatı yayıb. Xəbərdə “qartallar”ın mövsümün sonunda klubla müqavilə müddəti bitəcək Taliskanı məhz erməni futbolçu ilə əvəzləməyi planlaşdırdığı qeyd edilib.

 

Mxitaryanın “Beşiktaş”a keçidi alınsa, o, bu klubda çıxış edən ilk erməni futbolçu olmayacaq. Belə ki, İstanbul təmsilçisi keçən il Ermənistan millisinin digər üzvü Aras Özbilisi də heyətinə cəlb etmişdi.


Xəbər xətti