Tudor "Qalatasaray"dan qovuldu

12:52 18 Dekabr 2017

"Qalatasaray" baş məşqçisi İqor Tudorla yollarını ayırıb.
 
Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə Superliqasının yayımçısı "Beinsports" məlumat yayıb. Ötən gün "Yeni Malatyaspor"a uduzaraq liderliyi əldən verən "Qalatasaray" azarkeşləri klubun bazası önündə etiraz aksiyası keçirərək xorvat mütəxəssisi istefaya çağırmışdı. Klub rəhbərliyi isə bu gün onu istefaya göndərib.
 
"Qalatasaray" bu barədə hələlik rəsmi açıqlama yaymayıb.


Xəbər xətti