"Neftçi" 2 futbolçu ilə yollarını ayırdı - RƏSMİ

17:54 18 Dekabr 2017

“Neftçi” klubu iki futbolçu ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. Son 5 ayı icarə əsasında Venesuelanın “Mineros Quayana” klubunda keçirən yarımmüdafiəçi Edson Kastilyo ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Çexiyanın "Karvina" klubuna məxsus olan və dekabrın 31-i icarə müddəti başa çatacaq müdafiəçi Pavel Dreksa ilə müqavilə isə uzadılmayıb. 


Digər xəbərlər

Xəbər xətti