Rauf Əliyev "Kukesi"dən ayrıldı

10:15 19 Dekabr 2017

Rauf Əliyev yaydan şərəfini qoruduğu Albaniyanın "Kukesi" klubundan ayrılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Albaniyanın  "panorama.com.al" saytı yayıb. Xəbərdə klub rəhbərliyinin 28 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdiyi qeyd edilib. Ayrılığa əsas səbəb kimi Raufun Albaniyada dillə bağlı problemlə üzləşməsi göstərilib. Belə ki, həmyerlimizin yalnız türk dilini bilməsi komanda yoldaşları və məşqçilər korpusu ilə ünsiyyət qurmasına mane olub. Millimizin üzvünün "Kukesi”də ayda 9 min dollar məvacib aldığı qeyd edilib. Onun karyerasını ölkəmizdə davam etdirəcəyi gözlənilir. 

 

Rauf Əliyev “Kukesi”dən öncə “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”, “Neftçi” və “İnter” klublarında top qovub. Yayda "İnter"i Albaniya klubuna dəyişən Əliyev, burda meydana çıxdığı 17 oyunda 4 qol vurub. 


Digər xəbərlər

Xəbər xətti