Ziya Əzizov “Ayaks”a qarşı oynadı

10:46 19 Dekabr 2017

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 17-ci turdan təxirə salınmış oyunlar keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Ayaks”ın gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Əzizov da bu görüşün iştirakçısı olub. Xeyli müddət idi yaşıl meydanlardan kənar qalan futbolçumuz görüşün 72-ci dəqiqəsindən etibarən mübarizəyə qoşulub.

 

"Den Boş" hazırda 27 xalla 20 klub arasında 8-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti