Obameyanq "Borussiya" ilə yeni müqavilə imzaladı

11:22 19 Dekabr 2017

Dortmund "Borussiya"sı komandanın əsas qol silahı olan Pyer-Emerik Obameyanqla bağlı yeni qərar qəbul edib.

 

Sportarena.az xəbər verir ki, Bundesliqa klubu forvardla müqavilənin müddətini 2021-ci ilə qədər uzadıb. Bu barədə futbolçu "Tvitter"də məlumat verib.

 

Qeyd edək ki, bir neçə gün öncə "Borussiya" rəhbərliyi komandanın uğursuz çıxışına səbəbkar kimi Obameyanqı transferə çıxarmış, ancaq sonradan fikrini dəyişmişdi.


Xəbər xətti