Mourinyo onları göndərir - Qara siyahı

14:18 19 Dekabr 2017

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo komandada görmək istəmədiyi futbolçuların siyahısını klub rəhbərliyinə təqdim edib.

 

Sportarena.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 6 oyunçunun - Mateo Darmian, Henrix Mxitaryan, Lyuk Şou, Deyli Blind, Aksel Tuanzebe və Ceyms Uilsonun xidmətində maraqlı deyil.

 

Mourinyo komandasını bir neçə futbolçu ilə gücləndirmək istəyir. Portuqaliyalı mütəxəssisin transfer siyahısının əvvəlində Qaret Beyl (Real), Məsut Özil (Arsenal) və Antuan Qrizmannın (Atletiko) adı yer alıb.

 

Premyer Liqanın cari mövsümündə keçirdiyi 18 oyundan 41 xal toplayan mankunianlar 2-ci pillədə qərarlaşıb. Mourinyonun yetirmələri lider “Mançester Siti”dən 11 xal geri qalır.


Xəbər xətti