"Traktorsazi" mübarizəni dayandırdı

18:19 19 Dekabr 2017

İran kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Təbrizin “Traktorsazi” klubu bu mərhələdə “İstiqlal Xuzestan”la qarşılaşıb. Təbriz təmsilçisi oyuna əlavə edilmiş 4-cü dəqiqədə meydanda azlıqda qalıb. Vaxtilə “Qəbələ”nin də şərəfini qorumuş Fərzad Hatəmi qırmızı vərəqə alıb. Matçın əsas vaxtı qolsuz bərabərliklə nəticələnib. Əlavə vaxtda “al qurdlar”ın futbolçusu Məhəmməd İranpurian rəqibin qapısına təyin edilmiş penalti zərbəsini qolla tamamlaya bilməyib. Bununla da, oyunun əlavə vaxtı da heç-heçə nəticələnib.

 

Cütün taleyini penaltilər seriyası həll edib. Burda daha dəqiq oynayan (4:3) “İstiqlal Xuzestan” yarımfinala vəsiqə qazanıb.


Digər xəbərlər

Xəbər xətti