Qurban Qurbanov Ayaz Quliyevin milliyə cəlb olunmasından danışdı

13:08 20 Dekabr 2017

Rusiyanın “Spartak” klubunda çıxış edən azərbaycanlı fubolçu Ayaz Quliyev Azərbaycan millisində oynamağa hazır olduğunu deyib.

 

Sportarena.az xəbər verir ki, millinin baş məşqçisi Qurban Qurbanov və AFFA-nın baş katibi Elxan Məmmədov bu məsələ ilə bağlı jurnalistlərə açıqlama veriblər. Qurban Qurbanov Rusiyanın U-21 millisinin üzvü olan futbolçunun diqqətində olduğunu bildirib: 

 

“Hamısına diqqət ayrılır. Ayaz da onların sırasındadı. Nə vaxt görsək ki, milli üçün faydası olacaq, bundan sonra danışıqlara başlayacağıq. Yanvardan sonra bu məsələ ilə bağlı işimizi davam etdirəcəyik”.

 

Elxan Məmmədov isə Quliyevlə bağlı son qərarın Qurban Qurbanov tərəfindən veriləcəyini söyləyib:

 

“Biz xaricdəki azərbaycanlı futbolçularla danışırıq. İki il əvvəl Ayazla görüşmüşdüm. Son qərar onun yox, Qurban Qurbanovun olacaq”.


Xəbər xətti