“Atletiko” “Barselona”nı FİFA-ya şikayət etdi

18:40 20 Dekabr 2017

Madrid “Atletiko”su “Barselona”nı qaydaları pozmaqda ittiham edib.

 

Sportarena.az xəbər verir ki, “Atletiko” “Barsa”dan FİFA-ya şikayət edib. “Hindular” hesab edirlər ki, “Barsa” Antuan Qrizmannla əlaqə qurmaqla, transfer qaydalarını pozub. Madrid klubu “Barsa”nın idman direktoru Gilyermo Amorun sözlərindən sonra FİFA-ya üz tutub. Amor mətbuata verdiyi açıqlamada Qrizmannla əlaqə qurduqlarını etiraf etmişdi.

 

Bir müddət əvvəl “Mundo Deportivo” məlumat yaymışdı ki, Qrizmannın “Barsa” ya transferi de-fakto həll olunub.


Digər xəbərlər

Xəbər xətti