"Kukesi"nin baş məşqçisi: "Rauf Albaniya çempionatı səviyyəsində oyunçu deyil"

12:44 21 Dekabr 2017

Albaniyanın "Kukesi" klubunun baş məşqçisi Mladen Milinkoviç bu komandadan ayrılan Rauf Əliyev haqda açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Milinkoviç bildirib ki, millimizin üzvü gözləntiləri doğrultmayıb:


"Rauf Əliyev "Kukesi"yə fərq yaratmaq üçün gəlmişdi. Amma gözləntiləri vermədi. Ona karyerasında uğurlar arzulayıram. Rauf yaxşı futbolçu olsa da, Albaniya çempionatı səviyyəsində oyunçu deyil. Onun yoxluğu bizə problem olmayacaq".

Qeyd edək ki, Rauf Əliyev hazırda azad agent statusu daşıyır. O, “Kukesi”yə mövsümün əvvəlində “İnter”dən (“Keşlə”) keçmişdi.


Digər xəbərlər

Xəbər xətti