Arda Londonda ev aldı - "Arsenal"a görə?

15:31 21 Dekabr 2017

“Barselona”dan ayrılacağı deyilən Arda Turan Britaniyada ev alıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Yarımmüdafiəçinin İngiltərənin paytaxtı Londonda ev aldığı bildirilir. Evin 2,6 milyon avro dəyərində olduğu vurğulanıb. 30 yaşlı futbolçunun paytaxtda ev alması, onun bu şəhəri təmsil edən “Arsenal”a yollanacağı barədə iddiaları gücləndirib.

 

Xatırladaq ki, türkiyəli futbolçu cari mövsümdə bir oyunda belə, şans qazanmayıb.


Digər xəbərlər

Xəbər xətti