Premyer Liqa klubu baş məşqçisini göndərdi

17:38 21 Dekabr 2017

İngiltərənin “Suonsi” klubu baş məşqçisi Pol Klementlə yolları ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub.

 

“Suonsi” Premyer Liqanın aşkar autsayderidi. Geridə qalan 18 turda cəmi 12 xal toplamış bu kollektiv hazırda 20 iştirakçı arasında sonuncudu. Klement bu ilin yanvar ayından “Suonsi”ni çalışdırırdı.


Xəbər xətti