İlin ən məhsuldar futbolçusu kim olacaq?

21:32 21 Dekabr 2017

PSJ-nin forvardı Edinson Kavani dünən Kanla qarşılaşmada (3:1) 2017-ci ildə 53-cü qolunu vurub.
 

Sportarena.az xəbər verir ki, uruqvaylı futbolçu qolların sayına görə "Real"lı Kriştiano Ronaldo, "Barselona"lı Lionel Messi və "Bavariya"lı Robert Levandovski ilə 1-ci yeri bölüşdürür.

 

Levandovski və Kavani artıq bu il meydana çıxmayacaqlar. Bu isə onların nəticəsinin dəyişməyəcəyi anlamına gəlir. Ronaldo və Messi isə şənbə günü El Klassikoda qol hesablarını artıra bilərlər. Aktivində bu il 50 qol olan Tottenhemin hücumçusu Harri Keyn isə il sonuna qədər daha 3 görüş keçirəcək .


Xəbər xətti