FİFA onu bağışladı - DÇ-2018-də iştirak edə biləcək

18:52 21 Dekabr 2017

Bir illik futboldan kənarlaşdırılan Peru yığmasının futbolçusu Xosep Paolo Gerreronun cəzası yüngülləşdirilib.

 

Sportarena.az xəbər verir ki, qanında qadağan edilmiş preparat tapılan futbolçu 1 illik futboldan uzaqlaşdırılmışdı. Bu səbəbdən təcrübəli hücumçu FİFA-nın Apellyasiya Komitəsinə müraciət edib.

 

Komitə futbolçunun cəzasını 1 ildən 6 aya endirib. 33 yaşlı oyunçu DÇ-2018-də Peru yığmasının heyətində ola biləcək. Gerrero özü açıqlamasında kokain qəbul etmədiyini demişdi: "Həyatımda narkotikdən istifadə etməmişəm. Böyük ehtimalla, oteldə içdiyim çaya qatıblar. Oyundan öncə kokain istifadə edəcək qədər axmaq deyiləm".

 

Qeyd edək ki, Gerrero  “Bavariya”, “Hamburq”, “Korintians” və son olaraq “Flamenqo”da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti