Budaq oynadı, komandası uduzdu

10:16 22 Dekabr 2017

Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 18-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Gimaraynş”ın B komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2

.

Nəsirov da bu matçın iştirakçısı olub. Xeyli müddət idi zədə səbəbindən oynamayan futbolçumuz görüşün 63-cü dəqiqəsindən etibarən mübarizəyə qoşulub.

 

"Sportinq" hazırda 24 xalla 20 klub arasında 12-ci pillədə qərarlaşıb.


Xəbər xətti