Mario Qomesin yeni klubu müəyyənləşdi

14:48 22 Dekabr 2017

“Volfsburq”un və Almaniya millisinin hücumçusu Mario Qomesin yeni komandası bəlli olub.

 

Sportarena.az xəbər verir ki, almaniyalı forvard karyerasını “Ştutqart”da davam etdirəcək. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Almaniya mətbuatında yer alan məlumata görə, “Ştutqart” Qomes üçün 3 milyon avro ödəyib.

 

Bu, Qomesin “ağ-qırmızılar”da ilk çıxışı olmayacaq. Belə ki, 32 yaşlı hücumçu məhz bu klubun yetirməsidi. O, 2009-cu ildə 30 milyon avro qarşılığında bu komandadan “Bavariya”ya transfer olmuşdu.

 

Qeyd edək ki, onun "Beşiktaş"la da yanaşı hallanırdı.


Xəbər xətti