Yetimi ömürlük cəzalandırdılar

Sportarena.az      22 Dekabr 2018, 17:29

Türkiyənin Peşəkar Futbol İntizam Komitəsi (PFDK) II Liqada çıxış edən “Şanlıurfaspor” klubunun prezidenti Emin Yetimi ömürlük cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb komandanın futbolçusu Mertcan Çamı döyməsidir. PFDK bu davranışına görə Yetimə 3 il 2 aylıq cəza və 180 min lirə cərimə kəsib. Cəzanın müddəti 3 ildən çox olduğu üçün klub prezidenti futboldan ömürlük uzaqlaşdırılıb.

 

Habelə, “Şanlıurfaspor” rəsmisi Mehmet Gəray Küçük eyni əsasla 1 illik cəzalanıb. O, həmçinin 60 min lirə cərimə ödəyəcək. Klubun digər işçisi Mustafa Müsri isə idmana zidd olan hərəkətə yol verdiyi üçün 30 günlük cəza alıb.


Qeyd edək ki, dekabrın 6-da Mertcan Çam klubdan maaşını tələb etdiyi üçün yaranan mübahisə zamanı Emin Yetim və bəzi klub rəsmiləri tərəfindən döyüldüyü iddiası ilə polisə şikayət edib. Klub prezidenti, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin