“Sevilya” baş məşqçisini qovdu

10:15 23 Dekabr 2017

İspaniyanın “Sevilya” klubu baş məşqçi Eduardo Berissonu istefaya göndərib.

 

Sportarena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. İstefaya komandanın argentinalı mütəxəssisin rəhbərliyi altında uğursuz çıxış etməsi səbəb olub. Bundan narazı qalan rəhbərlik çıxış yolunu baş məşqçi dəyişikliyinə əl atmaqda görüb. İspaniya mətbuatının yaydığı məlumata görə, “Sevilya”nın baş məşqçi postunda “Barselona”nın sabiq çalışdırıcısı Luis Enrikenin gətirilməsi gözlənilir.

 

“Sevilya” hazırda La Liqada 17 oyundan sonra 29 xal toplayıb və 20 iştirakçı arasında beşinci pillədə qərarlaşıb.

 

Xatırladaq ki, bir müddət öncə Berissonun prostat vəzi xərçəngindən əziyyət çəkdiyi barədə xəbərlər yayılmışdı.


Digər xəbərlər

Xəbər xətti