Ziya Əzizovun komandası qələbəni əldən verdi

11:55 23 Dekabr 2017

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 19-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Emmen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.

 

Əzizov da bu görüşün iştirakçısı olub. Futbolçumuz görüşün 71-ci dəqiqəsindən etibarən mübarizəyə qoşulub.

 

"Den Boş" hazırda 28 xalla 20 klub arasında 8-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti