İsrafilovlu “Ximnastik” uduzdu

22:03 23 Dekabr 2017

Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 20-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik” də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Hueska” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Eddi də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə başladığı qarşılaşmanın 69-cu dəqiqəsində əvəzlənib. Bundan 7 dəqiqə öncə isə o, sarı vərəqə ilə cəzalanıb.

 

“Ximnastik" geridə qalan turlarda 21 xal toplayıb və hazırda 22 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti