Ramos: "Biz sona qədər mübarizə aparacağıq"

11:57 24 Dekabr 2017

“Real”ın kapitanı Serxio Ramos “Barselona” ilə oyundan (0:3) sonra fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, Ramos ilk hissədə yaxşı oynadıqlarını, ikinci yarıda isə fərqli komanda olduqlarını deyib:

 

“İlk hissədə olduqca yaxşı təsir bağışladıq. İkinci yarıda isə bizi tanımaq olmurdu. Bizim klubun tarixi diqtə edir ki, sona qədər mübarizə aparmaq lazımdı. Çempionatda situasiya çox ağırdı. Bir çoxları deyir ki, artıq çempionluq əlçatmazdı. Ancaq biz sona qədər mübarizə aparacağıq".


Digər xəbərlər

Xəbər xətti