Keyn Şirerin rekordunu təkrarladı

12:51 24 Dekabr 2017

İngiltərə Premyer Liqasının 19-cu turunda "Börnli"nin qonağı olan "Tottenhem" Harri Keynin het-triki sayəsində 3:0 hesablı qələbə qazanıb.

 

Sportarena.az xəbər verir ki, 24 yaşlı hücumçu 2017-ci ildə 36 qol həddinə çatıb. Bununla da Keyn 1995-ci ildə Alan Şirerin müəyyənləşdirdiyi rekordu təkrarlayıb. Şirer "Bləkkbörn Rovers"də çıxış etdiyi vaxt il ərzində 36 qol vurmuşdu.

 

Harri Keyn bütün turnirlər daxil olmaqla 2017-ci ildə 53-cü qola imza atıb. Yalnız Lionel Messi (54 qol) bu baxımdan ingilis forvardı qabaqlayır.


Digər xəbərlər

Xəbər xətti