Robert Prosineçki: "Federasiyadan zəng vurub dedilər ki..."

18:10 24 Dekabr 2017

"Boniya və Herseqovina Futbol Federasiyasının nümayəndələri ilə 1 ay öncə danışmışdım, hər şey mətbuatda yazılmışdı".

 

Sportarena.az xəbər verir ki, bu sözləri “hotsport.rs” saytına açıqlamasında millimizin sabiq baş məşqçisi Robert Prosineçki deyib. Bosniya və Herseqovina Futbol Federasiyasından təklif aldığını söyləyən xorvatiyalı mütəxəssis sonradan qarşı tərəfdən xəbər çıxmadığını bildirib:

 

"Daha sonra bu haqda özüm də açıqlama verdim. Mənə dedilər ki, digər namizədlərlə də danışacaqlar. Sonrası isə mənim üçün qaranlıq qaldı. Çünki heç bir məlumat verilmədi".

 

Qeyd edək ki, Bosniya və Herseqovina millisinin baş məşqçi vəzifəsi üçün 3 namizəd – Fatih Terim, Robert Prosineçki və Amar Osimin adları hallanırdı. Terim "Qalatasaray"la müqavilə imzaladığından yığmanın sükanı arxasına ya Prosineçki, ya da Osimin keçəcəyi söylənilir.


Xəbər xətti