"Beşiktaş"da ara qarışdı - Yeni transferin fotosuna görə

18:42 24 Dekabr 2017

"Beşiktaş"ın yeni transferi Domoqoy Vida-nın sosial mediada yayımlanan şəkli klub prezidenti Fikret Ormanı əsəbiləşdirib.
 
Sportarena.az xəbər verir ki, xorvat futbolçunun hələ transfer rəsmiləşməmiş "Beşiktaş" formasında fotosunun üzə çıxmasına əsəbiləşən Orman ilk olaraq idarə heyətinin üzvlərini arayıb. Hər iki "Beşiktaş" rəsmisinin "bundan xəbərimiz yoxdu" deməsindən sonra fotonu internetə sızdıranın kimliyinin araşdırılmasına başlanılıb. 
 
Prezident həmin şəxsin qısa zamanda tapılması ilə bağlı tapşırıq verib.


Xəbər xətti