"Traktorsazi" qalib gəldi

22:11 24 Dekabr 2017

Futbol üzrə İran çempionatında 16-cı turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Təbrizin “Traktorsazi” klubu bu turda evdə “İstiqlal Xuzestan”la qarşılaşıb. “Al qurdlar” doğma azrakeşləri önündə keçirdiyi matçdan böyük hesablı qələbə (3:0) ilə ayrılıblar. Cənubi Azərbaycan təmsilçisinin qollarını 28-ci dəqiqədə penaltidən Məhəmməd İranpurian, 45-ci dəqiqədə Omid Alişah və matça əlavə olunmuş 3-cü dəqiqədə Ehsan Pəhlavan vurublar.

 

Matçın 45-ci dəqiqəsində Musa Kulibalinin qırmızı vərəqə alması ilə meydanda azlıqda qalan qonaqlar, oyunun 81-ci dəqiqəsində rəqib qapısına təyin edilmiş penaltidən istifadə edə bilməyiblər. “Traktorsazi”nin qapıçısı komandasını qoldan xilas edib.

 

16 oyundan sonra hesabında 20 xal olan “Traktorsazi”, 16 komanda arasında 10-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti