Kamran ilə Eminin yardım etdiyi futbolçu dünyasını dəyişdi

10:47 25 Dekabr 2017

Portuqaliyanın "Boavişta" klubunun hücumçusu Edu Ferreyra 20 yaşında dünyasını dəyişib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Portu təmsilçisinin rəsmi saytı məlumat yayıb. Futbolçuda ağır xəstəlik 2016-cı ilin noyabrında, Ferreyra "Boavista" ilə müqavilə bağladıqdan bir neçə ay sonra aşkar olunub. O, ölkənin əsas liqasında oynayan klubda bir oyun belə keçirməyib.

 

Qeyd edək ki, millimizin futbolçuları - Kamran Ağayev və Emin Mahmudov vaxtıyla "Boavişta"da çıxış ediblər. Ötən il Edunun müalicəsinə "Boavişta" klubunun futbolçuları, eləcə də Kamran Ağayevlə Emin Mahmudov da dəstək olublar.


Digər xəbərlər

Xəbər xətti