Satışa çıxarılan klub "Bakı"dır?

12:02 25 Dekabr 2017

Dünən elan saytlarının birində bir klubun satışa çıxarıldığı barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, bazası ilə birlikdə adı açıqlanmayan kluba görə sahibi15 milyon manat tələb edir. Bu xəbərdən sonra klubun adı və sahibinin kimliyi barədə araşdırmalar aparılsa da, heç bir nəticə hasil olmadı. Hətta elanı yerləşdirən şəxs belə məlumat vermək istəmədi.

 

Daha sonra satışa çıxarılan klubun "Bakı" olması ilə bağlı iddialar ortaya atıldı. Elandakı bəzi məqamlar məhz "Bakı"nı işarə verirdi. Digər variant kimi isə "Əlincə" göstərilirdi. Çünki bu klubların bazasının ərazsisi elanda göstərilən 11 hektara uyğun gəlirdi.

 

Xəbəri təsdiqləmək üçün "Əlincə" ilə saxladıq  Klubdan saytımıza verilən məlumata görə, belə bir məsələ onların gündəmində yoxdur. "Bakı" ilə əlaqə qurmaq cəhdlərimiz uğursuz oldu. İki gün ərzində klub rəsmiləri ilə əlaqə qurmaq cəhdlərimiz alınmadı.

 

Amma araşdırmalarımızdan sonra məlum oldu ki, satışa çıxarılan bazanın "Bakı"ya aidiyyatı yoxdur. Ümumiyyətlə həmin bazadan istifadə edən klub yoxdur. Elanı yerləşdirən şəxs reklam məqsədilə bu addımı atıb.

 

Heybət Məmmədov


Xəbər xətti