"Rai Sport" etirazlara başladı - DÇ-nin yayım hüququna görə

15:54 25 Dekabr 2017

İtaliya telekanalı “Rai Sport” “Yuventus” - “Torino” qarşılaşmasını şərhsiz efirə verəcək.

 

Sportarena.az xəbər verir ki, telekanal bu addımı etiraz əlaməti olaraq atır. “Rai Sport” tarixində ilk dəfə olaraq dünya çempionatının yayım hüququna sahib ola bilməyib. Buna görə də, telekanalın 120 əməkdaşı etiraz aksiyası keçirəcək.

 

DÇ-2018-in yayım hüququnu “Mediaset” telekanalı alıb. Bu telekanal “Milan”ın sabiq prezidenti Silvio Berluskoniyə məxsusdu.

 

İtaliya kubokunun 1/4 finalında baş tutacaq “Yuventus” - “Torino” oyunu yanvarın 3-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti