"Qalatasaray"ın futbolçusu sıradan çıxdı

11:22 26 Dekabr 2017

“Qalatasaray” ciddi itki ilə üzləşib. 

Sportarena.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Fernando bir müddət meydana çıxa bilməyəcək. Braziliyalı futbolçu Superliqanın son turunda “Göztəpə” ilə keçirilən matçda ayağından zədələnib.

 

Onun ən az 3 həftə məşq edə bilməyəcəyi məlum olub. Bu isə o deməkdir ki, Fernando komandanın Antalya hazırlığında iştirak etməyəcək.


Xəbər xətti