Prosineçki Ronaldo ilə Messini müqayisə etdi

12:52 26 Dekabr 2017

Millimizin sabiq baş məşqçisi Robert Prosineçki “Real”ın hücumçusu Kriştiano Ronaldo ilə “Barselona”nın ulduzu Lionel Messi barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, xorvat mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında portuqaliyalı və argentinalı futbolçuları müqayisə edib. O, Messinin daha yaxşı olduğunu deyib:

 

“Ronaldonun statistikası inanılmazdı, o, müdhiş oyunçudu. İnsanlar onu sevə və ya nifrət edə, heyran ola və ya təhqir edə bilərlər, lakin o, mənim üçün dünyanın ən yaxşı futbolçularından biridi. Messi isə daha yaxşıdı. O da eyni statistik göstəricilərə malikdi, ancaq Messinin futbolu daha sehrli və cəzbedicidi”.

 

Xatırladaq ki, 2014-cü ildə millimizin “sükanı arxasına” keçən Prosineçki, DÇ-2018-in seçmə mərhələsindən sonra AFFA ilə bu ilin dekabrında bitən müqavilə müddətini uzatmamaqla bağlı qarşılıqlı razılığa gələrək, yığmamızdan ayrılmışdı.


Digər xəbərlər

Xəbər xətti