"Real" İkardini hədəfə aldı

10:39 27 Dekabr 2017

“Real” qış transfer müddətində yüksək səviyyəli hücumçu almağı planlaşdırır.

 

Sportarena.az xəbər verir ki, “kral klubu” bunun üçün böyük məbləğ ayırıb. “Marca”nın məlumatına görə, klub prezidenti Florentino Peres hücumçu almaq üçün 200 milyon avro ayırıb. “Real”ın əsas hədəfinin “İnter”in hücumçusu Mauro İkardi olduğu bildirilir.

 

“Real”da iki mərkəz hücumçusu - Kərim Benzema və Borxa Mayoral var. Klub rəhbərliyi Benzemanın oyunundan narazıdı.


Digər xəbərlər

Xəbər xətti