"Dnepr" dağılır

11:16 27 Dekabr 2017

Ukraynanın “Dnepr” klubu 2018-ci ildə dağıla bilər.

 

Sportarena.az xəbər verir ki, sözügedən klub gələn il peşəkar statusundan məhrum ediləcək. Bu barədə Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko məlumat verib. Onun sözlərinə görə, keçmiş futbolçularına borcu olan klubla bağlı FİFA-dan yeni informasiyalar qəbul ediblər. Bu isə sözügedən komandanın peşəkar klub statusunu itirməsi ilə nəticələnə bilər.

 

Qeyd edək ki, “Dnepr” hazırda Ukrayna ikinci liqasında çıxış edir. Komandanın hesabından indiyə qədər 27 xal silinib.


Digər xəbərlər

Xəbər xətti